23 Sentyabr 2014 09:29
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da itən 3 əfqan hərbçi Kanada sərhədində tapıldı.

ANS PRESS-in məlumatına görə, təlim üçün ABŞ-ın Massaçusets ştatına gedən 3 əfqan hərbçisinin yoxa çıxdığı, 12 sonra isə Kanada sərhədində görüldüyü bildirilir.

Massaçusets şəhər polisindən Devid Propokio verdiyi açıqlamada ABŞ və Kanadanı ayıran Niaqara çayı üzərindəki Reynbou körpüsündə aşkar edilən hərbçilər saxlanıldıqdan sonra onlardan izahat alınıb.

Əfqan hərbçilər təlim üçün getdikləri ABŞ-da sonuncu dəfə sentyabrın 11-də alış-veriş mərkəzlərindən birində görülmüşdülər. Onların axarışları üçün əməliyyatlar aparılırdı.

ABŞ-Kanada sərhədini keçməyə cəhd edən əfqan hərbçilərin Kanadaya qaçmaq məqsədləri olduğu iddia edilir.


Müəllif: