9 Yanvar 2020 00:26
2 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-İran gərginliyi ilə əlaqədar ilk dəfə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Ərdoğan iki ölkə arasındakı gərginliyin arzuolunmaz nöqtəyə gəlib çatdığını söyləyib.

"Türkiyə olaraq nə İraq, nə Suriya, nə Livan, nə də Körfəz bölgəsinin müharibə səhnəsinə çevrilməsini istəmirik. Qonşumuz İraq sabitliyini itirmək təhlükəsi ilə üz-üzədir. İraq türkmənlərinin xilası bizim üçün də vacibdir. İraq xalqı qardaşlarımızdır, Türkiyə olaraq bu məsələdə həssasıq. Qarşıdurma yaşanan İraqda yenidən sabitlik yaranması üçün çox səy göstərdik. İraqı İŞİD və PKK terroru ilə mübarizədə hər sahədə dəstəklədik", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan bu kritik məqamda diplomatiyanın bütün kanallarından istifadə edərək gərginliyi azaltmağa çalışdıqlarını deyib: "Əlimizdəki bütün imkanları səfərbər edərək bölgəmizin qan və göz yaşına boğulmasına icazə verməyəcəyik. Bu mərhələdə Rusiya Prezidenti Putinlə intensiv dialoq və məsləhətləşmə aparırıq. Rus dostlarımızın köməkliyi ilə bu problemli prosesdən sağ-salamaq çıxacağımıza inanıram".


Müəllif: Nərgiz

Oxşar xəbərlər