14 Sentyabr 12:44
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) İrəvan nümayəndəliyinin direktoru Con Alelo sentyabrın 11-də iki ölkə arasında İnkişaf Qrantı Müqaviləsinə bir nömrəli düzəlişi imzalayıb. Bunun nəticəsində USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğin həddi iki dəfədən çox artırılaraq 120 milyondan 250 milyon dollara çatdırılır, həmçinin birgə layihələrin sahələri genişləndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr iddia edir ki, Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra USAID-in Ermənistanda fəaliyyəti genişlənib və bu ölkəyə maliyyə ayırmaları artıb:

“Bir çox ekspert bunun Rusiya ilə “soyuq müharibə” çərçivəsində ABŞ siyasətinin bir hissəsi olduğunu, Paşinyan hökumətinin anti-Rusiya siyasətini dəstəkləmək və cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək məqsədilə həyata keçirildiyini deyir.

“Respublika Meydanı” Teleqram kanalı bildirir ki, USAID ABŞ xüsusi xidmət orqanlarının “yumşaq gücü”dür və həmin təşkilat müxtəlif ölkələrdə kəşfiyyat şəbəkələri və təsir agentləri yaratmaqla məşğuldur. Müəlliflər ABŞ-ın Ermənistanda Rusiyadan uzaqlaşma siyasətini həyata keçirəcək və Qərbin maraqları üçün lobbiçiliklə məşğul olacaq QHT-lər şəbəkəsini formalaşdırmaqda davam edəcəyini yazırlar. Məqsəd ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməkdir.

ABŞ iqtisadi sektor və vətəndaş cəmiyyətini də əhatə edən ekoloji, informasiya texnologiyaları, biznes, media və bir çox başqa sahələrdə müxtəlif proqramlar həyata keçirən minlərlə QHT şəklində Ermənistanda öz geosiyasi maraqları üçün lobbi şəbəkəsi formalaşdırıb. Kanal 2023-cü ildə Ermənistanda reallaşdırılan bir sıra proqramları da qeyd edir və vurğulayır ki, USAID Ermənistanda təsirli faktora, Ermənistanda “dərin dövlət” yaradan “kölgə hökuməti”nə çevrilib. Bunlar ABŞ-ın Ermənistandakı səfirliyinin koordinasiyası ilə Amerikanın geosiyasi maraqları üçün edilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər