Mərhum əməkdar artist Ələkbər Hüseynovun (Ələkbər əmi) qızı Nərgiz ailə qurur.
Teleqraf.com xəbər verir ki, Nərgiz bu gün saksofon ifaçısı Camal Bayramlı ilə nikah masasına əyləşib. O, məclisdən olan görüntüləri sosial media hesabında yayımlayaraq "14.07.2024" qısa şərhini yazıb.
Nərgiz skripka ifaçısıdır. Cütlüyün toyu sentyabrın 23-də şəhər restoranlarından birində keçiriləcək.