14 Sentyabr 23:09
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) alacaq.

Teleqraf.com xəbər verir ki, bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.

Nazir bildirib ki, Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətindən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatının alınması ilə bağlı razılaşmanı təsdiqləyib.

“Müqavilə üç idarəetmə sisteminin alınmasını da əhatə edir. Hazırda Bosniya və Herseqovina ordusunun iki bölməsi PUA-ların istismarı üçün Türkiyədə təlim keçir”, - deyə Zukan Helez əlavə edib.

PUA-ların ilk partiyasının gələn ilin yanvar ayında Bosniya və Herseqovinaya çatdırılması gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər