Avropa Birliyi (AB) sentyabrın 30-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə qərar Brüsseldə Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri səviyyəsində qəbul olunacaq.
AB-in mətbuat katibi Ketrin Eşton bu xəbəri təsdiqləməsə də, sentyabrın sonunda AB-nin xarici xidmət departamentinin Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini bildirib.
O deyib ki, bu iclasda AB Ukrayna xarici işlər nazirinin ölkəsindəki vəziyyət ilə bağlı məruzəsini dinləyəcək. Daha sonra bununla bağlı qərar qəbul ediləcək.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.