“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı girovluqda saxladığı ingilis jurnalist Con Kantlienin ikinci dəfə görüntülərini yayımlayıb.
Teleqraf.com-un “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, videoda İŞİD-in artan gücünü və mübarizə ruhunu ciddiyə almayanların cəzalanacağı bildirilir.
Xatırladaq ki, 2012-ci ildə ilk dəfə qaçırılan Kantlie Azad Suriya Ordusu tərəfindən azad edilsə də, həmin ilin sonunda Suriyaya qayıdan jurnalist 2-ci dəfə İŞİD tərəfindən əsir götürülüb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.