Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti VladimirPutinlə Berlində görüşü zaman ABŞ tərəfindən sərt reaksiyaya səbəb olan S-400 komplekslərinin satın alınması prosesinə toxunub.
Teleqraf.com xəbər verir ki, Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilmə prosesinin başa çatdığını vurğulayıb.
"S-400 kimi beynəlxalq cameədə səs gətirən layihələri təzyiqlərə rəğmən milli maraqlarımıza ziyan vurmadan qətiyyətlə tamamladıq", - deyə Ərdoğan söyləyib.