24 Sentyabr 2014 01:37
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində rusiyapərəst separatçılar sülh planının bir hissəsi kimi ağır artilleriyalarını ön cəbhədən geri çəkməyə başlayıblar.

Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə üsyançıların lideri Aleksander Zakarçenko açıqlama verib. O deyib ki, geriçəkilmə Ukrayna qüvvələrinin bənzər hərəkətinə cavabdır.

Onun sözlərinə görə, rusiyapərəst üsyançılar yalnız Ukrayna qoşunlarının geri çəkildiyi ərazilərdən çıxacaq.

Ukrayna rəsmiləri deyib ki, Ukrayna qüvvələrini və ağır artilleriyalarını 30 kilometrlik buffer zona yaradılması razılığının bir hissəsi olaraq ön cəbhədən geri çəkməyə başlayıb.

Ukrayna məsələsi bu həftə BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək toplantısının gündəmində yer alacaq.

Rusiya prezidenti Vladimir Putin görüşdə iştirak etməyəcək. İllik toplantıda Moskvanı Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Samir


Müəllif: