Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 69-cu sessiyası bu gün Nyu-Yorkdakı mənzil qərargahında ümumi diskussiyalara başlayır.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, iclasda dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin və nümayəndə heyətlərinin rəhbərlərinin ümumilikdə isə 140 nəfərin çıxışı gözlənilir.
İlk gündə Uqanda, Mavritaniya, Çili, Koreya Respublikası, Qətər, Mərakeş, Meksika, Finlandiya, İndoneziya, Argentina, Misir, Fransa, Ermənistan, İspaniya, Türkiyə rəhbərləri çıxış edəcəklər. Günün ikinci yarısında isə Dominikan, Kosta-Rika, Monqolustan, Nigeriya, Honduras, Ekvatorial Qvineya, Şri-Lanka, Venesuela, Keniya, Çad, Estoniya, Çernoqoriya, İsveçrə, Cənubi Afrika Respublikası, Zambiya, Ruanda, Boliviya, eləcə də Böyük Britaniya, Danimarka və Ukrayna hökumət rəhbərləri də iclasda öz fikirlərini bölüşəcək.
Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi Pan Gi Mun təşkilatın işi barədə üzv ölkələrə illik məruzəsini təqdim edəcək.
Mun bildirib ki, bu məruzədə Ukraynadakı, o cümlədən Suriya və dünyanın digər hissələrində baş verən hadisələr, beynəlxalq sülhə yardım, həmçinin geosiyasi gərginlik və dəniz quldurluğu məsələləri yer alıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.