“Ukrayna Prezidenti Vladimir Zelenskinin İkinci Dünya Müharibəsinin başlaması ilə bağlı verdiyi açıqlamalardan sonra onun qələbənin 75 illik yubileyinə dəvət olunub-olunmayacağına aydınlıq gətiriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu məsələ aydınlaşdırılmalıdır, hələlik bu barədə danışmaq tezdir”, - Peskov bildirib.
Rusiya prezidentinin nümayəndəsi Zelenskinin fikirlərinin aydınlaşdırılmasının vacib olduğunu vurğulayıb.
Vladimir Zelenski Polşaya səfəri zamanı İkinci Dünya Müharibəsinin başlanmasına görə SSRİ-ni ittiham edib.