“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə illərlə davam edə bilər.
Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kibri deyib.
Sözçü əməliyyatda müəyyən olunan hədəflərin uğurla vurulduğunu, ancaq İŞİD-in tezliklə ayağa qalxan bir təşkilat olduğunu vurğulayıb:
“IŞİD ciddi təhdid yaradır. Çox ciddi əməliyyatlar aparmaq lazımdır. Bu illərlə sürə bilər”.
ABŞ dövlət katibi Con Kerri isə İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyaya qoşulan ölkələrin sayının 50-dən çox olduğunu bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.