ABŞ Prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həllini nəzərdə tutan “Əsrin sazişi” layihəsi günlərdir müzakirə olunur.
Teleqraf.com-un məlumatına görə, “Yaxın Şərq sülh planı” dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb.
Şərqşünas Samid Bağırov hesab edir ki, bu planının əsas müddəaları və tələbləri çoxdandır reallaşıb.
Mütəxəssislərin fikrincə, kürəkəni Kuşnerin vasitəsilə hazırladığı sülh formatı daha çox İsrailin maraqlarına uyğundur. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı sərt reaksiya verib. Lakin Vaşinqton bəzi ərəb ölkələrindən plana anlayış gözləyir.