Əlcəzairin şərqində, Tizi-Uzu şəhəri yaxınlığında Fransa vətəndaşı oğurlanıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Fransanın xarici işlər nazirliyində faktı təsdiqləyiblər.
55 yaşlı fransalı turistin oğurlandığı əyalətdə “Əl-Qaidə” ilə bağlı ekstremistlərin mövqelərinin güclü olduğu bildirilir. Hələ ki, hadisə ilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.