25 Sentyabr 2014 11:31
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın baş naziri Arseniy Yatsenyuk Qərb dövlətlərini Rusiyaya qarşı sanksiyaları Kiyevin Ukraynanın bütün əraziləri üzərində nəzarəti bərpa edənə qədər ləğv etməməyə çağırıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə o, BMT BAŞ Assableyasının sessiyası çərçivəsində çıxışı zamanı bildirib: “Mən inanıram ki, Ukrayna ölkənin şərqi və Krım üzərində nəzarəti bərpa edəcək və Rusiyanın Ukrayna qarşısında üzr istəyəcəyi zaman uzaqda deyil”.

Amma, onun sözlərinə görə, Putinin hakimiyyətdə olduğu vaxtda Ukrayna üçün Krım üzərində nəzarəti geri almaq çox çətin olacaq.

Eyni zamanda daha əvvəl BMT Baş Məclisinin açılışını edən ABŞ prezidenti Barak Obama ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Moskva öz kursunu dəyişəcəyi halda ləğv etməyə hazır olduğunu bəyan edib.

Bu arada Yatsenyukun sözlərinə görə, Rusiya prezidenti Putin qarşısına Sovetlər Birliyini yenidən yaratmağı məqsəd qoyub və bu ideyadan elə də asanlıqla imtina etməyəcək.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər