Karnegi Sülh Fondunda “Ermənistanın Siyasətində Trendlər” başlıqlı tədbir keçirilib.
Teleqraf.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, tədbirdə Ermənistanda yerləşən Qafqaz İnstitutundan Sergey Minasyan ölkənin xarici və daxili siyasətində inkişaf trendlərindən danışıb.
Bu yaxınlarda dərc etdiyi kitabın əsas qayəsini auditoriyaya izah edən Minasyan Ermənistanın hazırkı mövqeyini Soyuq Müharibə dönəmində Finlandiyanın oynadığı rola bənzədib. Onun sözlərinə görə Yerevan istər yaxın müttəfiqi Rusiya, istərsə də ətraf qonşuları ilə normal münasibətlər saxlamağa can atır və anlayır ki, istənilən istiqamətə ifrat meyl ölkə üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər. Müəllif hesab edir ki, balanslı siyasətin uğuru Ermənistanın Rusiyadan iqtisadi müstəqilliyini nə dərəcədə təmin edəcəyindən asılıdır.
Tədbirin moderatoru Tomas de Vaal bildirib ki, Ermənistanın Finlandiya modeli olması reallıqdan çox, arzudur. Belə ki, Finlandiyadan fərqli olaraq Ermənistanın yaxın qonşu dövlətlərlə ciddi problemləri var. Vəziyyəti ağırlaşdıran başqa amil isə bir il öncə Yerevanın Avropa İttifaqı ilə assosiasiya razılığını rədd etməsidir.
Samir