ABŞ və ərəb ölkələri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriyada yerləşən neft emal zavodlarına hücumlar təşkil edib.
Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən açıqlama verilib. Nazirliyinin sözçüsü Con Kirbi, Suriyanın şərqində cəmi 13 hava hücumunun təşkil olunduğunu açıqlayıb.
Sözçü terror təşkilatının bu zavodlardan əldə etdiyi məbləğ ilə hücumlarını maliyyələşdirdiyini qeyd edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.