İttihama görə, o, bir neçə vəzifəli şəxsə hədə-qorxu gələrək, pul tələb edib.Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Emil Məmmədov və Tofiq Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilmələrini istəyib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri və özləri çıxış ediblər. Proses sabah davam etdiriləcək. Məhkəmə hökmü elan edəcək.
Qeyd edək ki, E. Məmmədov mayın 13-də həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
İttihama görə, o, bir neçə vəzifəli şəxsə hədə-qorxu gələrək, pul tələb edib.