25 Sentyabr 2014 19:08
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə”nin Filippindəki qolu olan “Əbu-Səyyaf” terrorçu qruplaşması girov götürdüyü iki Almaniya vətəndaşını edam etməklə hədələyib.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, terrorçu qruplaşma öz “Tvitter” səhifəsində Almaniya hökumətini ABŞ-ın “İslam Dövləti”nə qarşı mübarizəsinə dəstək verməməyə çağırıb.

Terrorçular girovlara görə pul da tələb ediblər. Onlar 15 gün ərzində tələblərinin yerinə yetirilmədiyi təqdirdə, girovlardan birini edam edəcəklərini bildiriblər.

Qeyd edək ki, biri kişi, digəri qadın olan Almaniya vətəndaşları aprel ayında Malayziya-Cənubi Filippin sərhədində girov götürülüblər.


Müəllif:

Oxşar xəbərlər