Türkiyənin Van şəhərində ölümcül koronavirusla əlaqədar təşviş yaşanıb.
Teleqraf.com xəbər verir ki, İrandan gəlib Qapıkənd Gömrük qapısından keçid edən 3 Türkiyə vətəndaşında yüksək hərarət müşahidə olunduğu üçün dərhal karantinə alınıb.
İrandan gələn türklərin koronavirusa yoluxub-yoluxmadığı barədə araşdırma başladılıb.
Hakkaridə temperaturu yüksələn bir uşaq və anası da Van Təhsil və Araşdırma Xəstəxanasına gətirilib.
Rəsmilər 5 nəfərin nəzarət altında olduğunu təsdiqləsə də hər hansı bir virusun aşkarlandığı barədə danışmağın erkən olduğunu bildiriblər.