26 Sentyabr 2014 10:40
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabve prezidenti Robert Muqabe ABŞ və Avropa Birliyini (AB) ölkəsinə qarı qeyri-qanuni sanksiyalar tətbiqində ittiham edib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə prezident BMT Baş Assambleyasının tribunasından çıxış edərkən deyib. Onun sözlərinə görə, ABŞ və AB Zimbabvedə hakimiyyət dəyişikliyi etməyə çalışırlar. Birtəfərli sanksiyaların Zimbabve iqtisadiyyatını sarsıtdığını qeyd edən Muqabe onları ölkənin daxili işlərinə qanunsuz müdaxilədə günahlandırıb: “Bu tədbirlər BMT Nizamnaməsinin fundamental prinsiplərini pozur və dünya ictimaiyyəti tərəfindən pislənməlidir”.

Xatırladaq ki, ABŞ və AB 2000-cı ilin əvvəllərində ölkədə insan hüquqlarının pozulması bəhanəsi ilə Zimbabve qarşı sanksiyalar tətbiq edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər