26 Sentyabr 2014 11:34
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında polis məmuru küçədə yaşayan Marlene Pinnok adlı qadına vurduğu şilləyə görə 1,5 milyon dollar təzminat ödəməli olacaq.

Teleqraf.com sözçü.com-a istinadən xəbər verir ki, ötən ilin iyul ayında baş verən hadisədən sonra həmin polis məmuru işdən azad edilib və məsələ ilə bağlı Pinnok məhkəməyə müraciət edib. Hadisənin yoldan keçən vətəndaşlar tərəfindən çəkilərək sosial mediada bölüşdürülməsi polis məmuruna baha başa gəlib. Bir ildən çox müddətdə araşdırmalar aparıldıqdan sonra məhkəmə təzminatın məbləğini açıqlayıb.

ABŞ mətbuatına danışan Pinnock bir neçə ildir evsiz olduğunu söyləyib və hadisədə heç bir günahının olmadığını, sadəcə yolu keçmək istədiyini deyib: “Məni öldürməyə çalışdığını düşündüm, öldürmək üçün vururmuş kimiydi. Ona heç bir şey etməmişdim”.

Samir


Müəllif: