26 Sentyabr 2014 17:04
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın qırıcı təyyarələri Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hədəflərinə hava zərbələrini davam etdirir.

Teleqraf.com-un amerikaninsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat verib.

Yayılan xəbərlərə görə, Deir Əl-Zur vilayətində yaraqlıların 4 tankı məhv edilib. Hücumlar zamanı neft obyektləri də hədəf alınıb.

İraqda isə 7 hava hücumu zamanı zirehli maşınlar vurulub. Mərkəzi Komandanlığın bildirdiyinə görə, Kərkük yaxınlığında da bir neçə maşın və postlar dağıdılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər