Qərbi Avropanın daha bir ölkəsində koronavirusa yoluxmuş şəxs ölüb.
Avstriyanın paytaxtı Vyanada virusdan ilk ölüm faktı qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 646-ya çatıb. Bunların 68 325 nəfəri sağalıb, 4 639 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report/