17 Mart 2020 18:12
1 923
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın səhiyyə naziri İrəc Hərirçi yeni növ koronavirusa daha çox yoxsulların yaşadığı bölgələrdə rast gəlindiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən bölgələrdə əhalinin sıx olduğuna diqqət çəkən Hərirçi insanların un məmulatları və ərzaq mağazalarında növbə zamanı aralarında məsafənin az saxlanıldığını qeyd edib.

Onun sözlərinə görə, kornavirusa yoluxmaqda şübhəli bilinən insanları bu cür məhəllələrdəki evlərində təcrid etmək üçün otaq yoxdur: “Evdə kifayət qədər otaq olmadığı üçün virus digər ailə üzvlərinə keçir. İşimizi bu bölgələrdə intensivləşdirəcəyik”.


Müəllif: Leyla

Oxşar xəbərlər