28 Sentyabr 2014 11:42
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və koalisiya qüvvələri İŞİD-in Kobaniyə yaxın ərazidə mövqelərini bombaladıqdan sonra təşkilat hücum hazırlığına başlayıb.

Axar.az xəbər verir ki, İŞİD Kobanini tamamilə ələ keçirmək üçün hərəkətə keçib.

İŞİD-in Munbik, Rakka və Bab bölgələrinə tanklar yeritdiyi bildirilir. Bölgədə İŞİD-lə kürdlər arasında davam edən qarşıdurmalarda çoxlu sayda ölən və yaralananlar olduğu qeyd edilir.

ABŞ Mərkəzi Qüvvələr Komandirliyindən verilən açıqlamada Suriyada 7, İraqda isə 3 hava hücumu təşkil edildiyi vurğulanır.


Müəllif: