"Dünya 5 dövlətdən böyükdür. Dünyanın taleyini bu 5 ölkənin əlinə buraxa bilmərik, artıq II dünya müharibəsi dövründə yaşamırıq".
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti R.T. Ərdoğan Dünya İqtisadi Formunda çıxışı zamanı deyib:
"Hökumət rəhbərləri çox haqlısan deyirlər, amma kürsüyə çıxan zaman heç kim bu barədə danışmır. BMT-nin islahat aparmasının lazım olduğuna inanırıqsa, bu sahədə addımı ataq. Hər kəs çəkinir, görəsən, mən bunu danışsam bu ölkə nə deyər. Ancaq heç kim bunu fikirləşmir. Obama çıxışında bu ifadədən istifadə edir: "Haqlının güclü olduğu bir dünya"".
Ərdoğan BMT-də islahatların aparılmasının lazım olduğunu bildirib:
5 ölkə qərar verməməlidir. Hər qitədən bir nümayəndənin olduğu heyət yaradılmalıdır. 15 ölkə üzv ola bilər, ancaq bütün ölkələrə növbə çatmalıdır".