29 Sentyabr 2014 10:04
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Kəşfiyyat Nazirliyi BBC-ni ölkənin tarixi və mədəni arxivlərini oğurlamaqda ittiham edib.

İran Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamasında BBC-nin İrandakı agentləri vasitəsi ilə ölkənin arxivlərinin olduğu bir hökumət binasından İranın tarixi və mədəni arxiv sənədlərini oğurlamağa cəhd etdiyi, ancaq İran kəşfiyyatının bu cəhdə mane olduğu bildirilib.

Kəşfiyyat Nazirliyi məsələ ilə bağlı ətraflı məlumatı daha sonra ictimaiyyətlə açıqlayacağını qeyd edib.

BBC isə hələ də məsələ ilə əlaqədar açıqlama verməyib.

Axar.az


Müəllif:

Oxşar xəbərlər