Honkonqda Çin Xalq Respublikasının mərkəzi hakimiyyətinin seçki siyasətinə qarşı başlanan etirazların 3-cü günündə polislə toqquşmalar nəticəsində 40-a yaxın adam xəsarət alıb.
Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, nümayişçilər seçki siyasətinin demokratikləşməsi məqsədilə şəhərin biznes mərkəzini mühasirəyə alaraq “Central Occupy” kampaniyasına start veriblər.
Məlumata görə, polislər kütlənin dağıdılması üçün gözyaşardıcı qaz və rezin güllələr tətbiq edir.
Qeyd edək ki, Honkonq rəhbərliyi hazırda seçicilər kollegiyası tərəfindən seçilir. "Central Occupy" hərəkatının fəalları 2017-ci ildə yerli administrasiyanın başçısının birbaşa ümumi seçkilər vasitəsi ilə seçilməsi uğrunda mübarizə aparır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.