28 Mart 2020 01:16
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp 2 trilyon ABŞ dollarından çox dəyəri olan iqtisadi stimullaşdırma tədbirləri haqqında qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl iqtisadi paket Senat və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib.

Bu, ABŞ tarixindəki ən böyük iqtisadi yardım paketidir.

Belə ki, sonuncu dəfə Konqres 2008-ci ildə dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün 800 milyard ABŞ dolları həcmində yardım paketini təsdiqləmişdi.

Sənəddə işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1 200 ABŞ dolları məbləğində birdəfəlik ödəmələr ala biləcəklər.

***

ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirusun təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon ABŞ dolları ayrılması haqqında qanun layihəsini dəstəkləyib.

Bu barədə “CNN” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün 2 trilyon ABŞ dolları həcmində olan stimullaşdırma paketi barədə razılıq əldə ediblər.

Paket xəstəxanalar üçün maliyyələşdirmə, işsizlik sığortası, böyük müəssisələrə ediləcək maddi yardımı özündə ehtiva edir.


Müəllif: Mənbə/Report