Türkiyə Baş nazir Əhməd Davudoğlu İstanbulda təşkil edilən Dünya İqtisadi Forumunda danışıb.
Teleqraf.com Davudoğlunun çıxışından bəzi tezisləri tədim edir:
- Regional inkişafdan danışılarsa, ən önəmli yer İstanbuldur. Bura dünyanın nəbzinin döyndyü şəhərdir. Dünya maliyyə sisteminin dayanıqlılığını gücləndirmək məsuliyyətimiz var. Dünyada artıq hər hansı böhran yarananda bunun təsir etməyəcəyi cəmiyyət yoxdur. Biz avropalılar bu böhranı dərininə hiss etdik. Avropada yaşanan böhranı öz böhranımız kimi gördük.
- Siyasi zəlzələnin ortaya çıxardığı daralmalar əslində regional böhranın daha dərin olmasına yol açdı.
- 2008-ci il iqtisadi böhranı zamanı Əli Babacandan xarici işlər naziri postunu almışdım. O zaman bir mühasibat ehtiyacı eşitdik. İndi dönüb ötən 5 ilə baxanda deyə bilərik ki, Türkiyə maliyyə sarsıntılarına dayana bilib.
- Vizasız səyahət ediləcək ölkələrin sayını 42-dən 72-yə çatdırdıq.
- Bizə keçmişdə demokratiya dərsi verməyə qalxanlar, Yaxın Şərqdə demokratiyanı və demokratik gücləri tərk etdilər, amma biz tərk etməyəcəyik.
- Dünyada hər millət demokratiyaya, siyasi mədəniyyətə necə sahibsə, İslam cəmiyyətləri də demokratiyanı həm yaşada, həm də inkişaf etdirə bilərlər. İslam dünyası İŞİD ilə anılamaz, İslam da IŞİD və ya oxşar strukturlarla anılamaz.
Nihad