30 Sentyabr 2014 12:54
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı girov saxlanılan ingilis fotomüxbiri Con Kantlienin videosunu yayımlayıb.

Teleqraf.com sondakika.com-a istinadən xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyi görüntüləri araşdırdığını açıqlayıb.

Təşkilatın yaydığı videoda 43 yaşlı əsir ABŞ prezidenti Barak Obamanın strategiyasını və İraqda keçirilən hava hücumlarını tənqid etdiyi bildirir.

Bundan başqa, girov Azad Suriya Ordusunun intizamsız olduğunu və korrupsiya siyasəti apardığını qeyd edir. Videoda Kantlien ABŞ-ın suriyalı üsyançılardan yaradılan Azad Suriya Ordusuna İŞİD ilə mübarizə çərçivəsində hərbi təhsil vermək istədiyini açıqlayıb.

Yayılan məlumatlara görə, İŞİD son videolarda əsirləri təbliğat məqsədli çıxışlara məcbur edir.

Xatırladaq ki, Kantlie 2012-ci ilin noyabr ayında Suriyada qaçırılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər