Türkiyənin mərhum prezidenti Turqut Özal 1991-ci ildə Fətullah Gülən və onun şəbəkəsinə dair xüsusi hesabat hazırlanmasını istəyib.
Teleqraf.com xəbər verir ki, FETÖ ilə bağlı prezident Özal üçün hazırlanan hesabatda şəbəkə haqqında bütün detallar ortaya çıxarılıb, şəbəkənin Mossad və masonlarla əlaqələri hesabatda vurğulanıb. Hesabatda Güləndən başqa şəbəkənin 20 rəhbərinin adı çəkilir və onlardan 14 nəfərin mason olduğu bildirilir.
Raportda Gülən şəbəkəsi ilə masonların əlaqələri haqqında detallı məlumat təqdim edilir.
“Fətullah Gülən camaatı masonlarla yaxın təmasdadır. ABŞ məxfi xidməti üçün agentik edən Moon təriqəti ilə Gülən camaatı arasında dərin əlaqələr var. Masonların Gülən camaatı içərisində və idarəçilik qatında çoxlu üzvü var. Ağıllı və zəki müəllimlər lojaların və camaatın məqsədləri çərçivəsində istifadə edilir. Siyasətçi, iş adamı, hüquqçünas, bürokrat, alim və s. fərqli peşə sahibləri xüsusi yoxlanılaraq dəstəklənir. Gülən camatını siyasi və iqtisadi güc etmək üçün sionist şəbəkələrdən iqtisadi dəstək təmin olunub”,- Prezident Özal üçün hazırlanan heabatda qeyd edilir.
Sənəddə qeyd olunur ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri güclənən Gülən camaatı islam hərəkatının ən önəmli parçası halına gəlib: “Özlərini neo-Nurçu hərəkatı adlandıran Gülən camaatı situasiyaya görə siyasət quraraq hədəflərinə çatmağa çalışır”.
Məlumata görə, Özal üçün hazırlanan hesabat camaat daxilində zəlzələ yaradıb. FETÖ şəbəkəsi, FETÖ-mason əlaqələri haqddında Özala təqdim edilən hesabatdan Gülən xəbərdar olub. Narahat olan terrorçu Fətullah Gülən 1991-ci ilin avqustunda “Sızıntı” dərgisində “Çaşqın kapitan” adlı məqalə yazır. O, məqləsində Turqut Özalı bu şəkildə təhdid edir: “Millətin yolunu kəsən qanlı bir kabus var. Müasirlik və inkişafla ovucda qalarsa. İndi istəsən yat, bundan sonra qırılacaq apokalipsis sənsən”. Bu təhdiddən sonra Qorqut Özal, Vəhbi Koç və Aydın Bolak kimi şəxslər İzmirdə Gülənə baş çəkir və məqalə haqqında danışır. Ömrünü yalan üzərində quran Gülən isə məqaləsi haqda danışarkən “Özala demək istəmədim” deyir.