Türkiyə tərəfindən dəstəklənən Liviya Milli Keçid Hökumətinə bağlı hərbçilərin Tripolinin cənub- qərbində Əl Vatiyə bazasını almaq üçün başladığı əməliyyat davam edir. Qiyamçı Haftarın ordusu ilk hücuma ciddi reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Liviyanın legitim silahlı qüvvələri isə hərbi bazaya 24 dəfə hava əməliyyatı həyata keçirib.
Məlum olub ki, Liviyanın legitim ordusu qiyamçıların olduğu bazanı hər tərəfdən mühasirəyə alıb və beləcə, bazanın təhdid yaratmaq imkanlarını minimallaşdırıb. Bu baza ölkənin qərbində Haftara bağlı qüvvələrin əlində olan yeganə hərbi bazadır. Liviya ordusunun ölkənin qərbini Haftar qüvvələrindən təmizləmək və bazanı alması əhəmiyyətli hesab edir.
Qiyamçı Haftar isə bu hücumlara qarşılıq olaraq paytaxt Tripoliyə hücum edib. Nəticədə 3 nəfər mülki insan öldürülüb,19 nəfər isə yaralanıb.