“Çindən məmnun deyiləm, virusu yayıldığı yerdə dayandırmalı idi”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Tramp jurnalistin Çin hökumətinin hakerlər vasitəsilə ABŞ-ın koronavirusa qarşı peyvənd araşdırmalarını ələ keçirməyə çalışması ilə bağlı sualına belə cavab verib:
“Mənə hakerlərin fəaliyyətindən danışırsınız. Ortada yeni bir şey varmı?”
Prezident Çinin uzun illər Amerikadan istifadə etdiyini əlavə edib:
“Ağ Evdə məndən əvvəl oturanlar buna icazə verdi, amma mən verməyəcəyəm”.