20 May 2020 01:16
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Cazirə" telekanalının birbaşa yayımında Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas bildirib.

"Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bü gündən ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır", - Abbas deyib.

Fələstin lideri bü gündən İsraili "Fələstinin işğal edilmiş ərazisindəki işğal qüvvəsi" kimi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər