Çinin Xarici İşlər Nazirliyi Hindistanla sərhəddə onlarla hərbçinin həlak olmasından sonra münaqişənin dinc yolla həlli üçün anlaşma əldə edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada tərəflərin ərazi münaqişəsini dialoq və müzakirə yolu ilə həll etmək, sülh və təhlükəsizliyi təmin etmək üçün anlaşdığı bildirilib.
XİN-in sözçüsü Çjao Litszyan qarşıdurmanın hind hərbçilərinin təxribatı nəticəsində başladığını deyib.
İki gündür baş verən qarşıdurmada 20-yə qədər hərbçinin həlak olduğu bildirilib.