Hindistanda içkili olduğu iddia edilən ev meymunu ömürlük həbs cəzasına məhkum edilib.
Teleqraf.com xəbər verir ki, Hindistanın Uttar Pradeş əyalətində baş verən qeyri-adi hadisədə 1 nəfər ölüb, 249 nəfər yaralanıb.
Spirtli içki asılılığı olan meymun sahibinin ölümündən sonra daha da aqressivləşib. Bölgədəki Kanpur zooparkında baş verən hadisədə yaralıların bəzilərinin uşaq olduğu və əməliyyata ehtiyac olduğu bildirilir. Hadisədən sonra "Kalua" adlı 6 yaşlı meymun zooparkda ömürlük həbs cəzasına məhkum edilib.
Zooparkda çalışan doktor Mohd Nasir meymunun təcrid edildiyini və ayrıca bir qəfəsə salındığını deyib: “Davranışı dəyişməyib, olduğu kimi aqressiv qalıb. Bura gətirildiyi vaxtdan 3 il keçib. Bütün həyatı boyu əsarət altında qalmasına qərar verildi".
M. Nasir deyib ki, meymun sərbəst buraxılsa, hara gedərsə insanlara zərər verəcək.
“Kalua” zooparka gətirilmədən əvvəl sahibi tərəfindən ət və alkoqolla bəsləndiyi bildirilib.