21 İyun 2020 21:45
18 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı alim, ABŞ-ın Harvard Universitetinin professoru Brenda Şaffer İranın Azərbaycan ərazilərini işğal edən Ermənistana dəstək verməsini tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“İranın xarici siyasəti həqiqətən də İslam həmrəyliyi prinsipinə əsaslanırsa, Tehran 800 min müsəlmanı evlərindən didərgin salan Ermənistanla necə dost münasibəti qura bilər? Bu hadisələr yüz və ya min il əvvəl deyil, 30 il əvvəl baş verib”, - Şaffer qeyd edib.

Xatırladaq ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edən başlıca ölkələrdən olub. Hazırda da Ermənistanın ən böyük iqtisadi tərəfdaşlarından biri İrandır. Tehran İrəvan üçün “nəfəs yolu” hesab edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər