Türkiyənin Van əyalətinin Çatak rayonunda 3 terrorçu zərərsizləşdirilib.
Teıeraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat polis əməkdaşları və xüsusi təyinatlıların iştirakı və hava dəstəyi ilə keçirilib.
Bildirilir ki, zərərsizləşdirilən terrorçuların iyunun 8-i iki mülki şəxsin ölümü ilə nəticələnən terror hücumu ilə bağlılığı olub.