29 İyun 2020 12:44
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada prezident seçkilərinin birinci turunda səslərin 87,16 faizinin sayılmasından sonra prezidentliyə namizədlər Andjey Duda və Rafal Tşaskovskinin ikinci tura keçdikləri məlum olub.

Teleqraf.com bu barədə Polşa Mərkəzi Seçki Komissiyasının məlumatlarına istinadən sözügedən ölkə mediası xəbər yayıb.

Müxalif “Vətəndaş platforması”nın namizədi Rafal Tşaskovski səslərin 28,92 faizini toplayıb. Üçüncü yerdə 13,96 faiz səslə müstəqil namizəd Şimon Xolovnya qərarlaşıb.

İyunun 28-də Polşada prezident seçkilərinin ilk turu keçirilib. Seçkidə 11 namizəd iştirak edib.

Prezident seçkilərinin ikinci turu iyulun 12-də keçiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər