Türkiyə 9 ölkə ilə birlikdə narkotik ticarətinə qarşı “Bataqlıq” adlı müştərək əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.
O, bunun Türkiyə tarixinin ən böyük narkotik əməliyyatı olduğunu deyib:
“İndiyədək 67 nəfər saxlanılıb, 70 milyon lirə müsadirə edilərək götürülüb. Təşkilatın liderlərindən biri “qırımızı bülleten”lə axtarılır, Braziliya və Hollandiyada 26 illik həbs cəzası var”.
Nazir əməliyyatın detalları və iştirakçı ölkələr haqda əlavə məlumat verməyib.