İsrailin Baş naziri Binyamin Netanyahu İranı gizli şəkildə nüvə silahı hazırlamaqda ittiham edib və ölkəsinin Suriyaya hərbi müdaxiləsinin qarşısını almaq üçün İslam Respublikasına qarşı hərbi əməliyyatları davam etdirəcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, baş nazir İrana bölgədə hərbi üstünlüyünü artırmağa imkan verməyəcəklərini bildirib.
“Biz qərarlıyıq, İsrail İranın Suriyada hərbi üstünlük əldə etməsinə icazə verməyəcək. Suriyada və başqa yerlərdə İrana qarşı hərbi tədbirlər görürük. İsrail İranın başqa bir terror və hərbi cəbhə yaratmaması üçün lazımlı işləri davam etdirəcək”, - Netanyahu qeyd edib.
İsrail baş naziri İranı Yaxın Şərq bölgəsində terrorizmə dəstək verməkdə və gizli nüvə araşdırmalarının davam etdirilməsində ittiham edib, ABŞ-ın İslam Respublikasına təzyiq siyasətini dəstəkləyib:
“Trampın İrana təzyiqləri artırmaq üçün etdiyi təşəbbüs bir sadə prinsipə əsaslanır: İran normal münasibət görmək istəyirsə, normal bir ölkə kimi davranmalıdır. İran beynəlxalq birliyi bilərəkdən yanıldır, daim yatır, öhdəliklərini yerinə yetirmir. O, nüvə silahı hazırlamaq üçün gizli proqramını davam etdirir”.