Avstraliyaya məxsus döyüş təyyarəsi ilk dəfə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hədəflərini vurub.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyindən bildiriblər. Məlumatlarda Avstraliya hava qüvvələrinə məxsus Super Hornet döyüş təyyarəsinin dünən gecə hava əməliyyatında iştirak etdiyi və İraqdakı terror təşkilatının xadimlərinə məxsus hədəflərə iki ədəd bomba atdığı bildirilib.
Rəsmilər həftənin əvvəlindən İraq üzərində uçuşlar həyata keçirən ancaq silah istifadə etməyən Avstraliya döyüş təyyarələrinin hücumdan sonra Birləşmiş Ərəb Əmirliklərindəki bazaya geri qayıtdığını qeyd edib.
Xatırladaq ki, Avstraliyanın Birləşmiş Ərəb Əmirliklərindəki bazasında 600 əsgəri, səkkiz Super Hornet döyüş təyyarəsi və bir ədəd havada yanacaq doldurma təyyarəsi var.
Samir