9 Oktyabr 2014 21:18
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyarbəkir bölgəsində saat 18.00-dan səhər saat 6.00-dək elan olunmuş komendant saatının oktyabrın 9-da tətbiq olunmaması barədə yerli hakimiyyət orqanları tərəfindən qərar qəbul olunub.

Teleqraf.com-un məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin bu bölgədən olan üzvü, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker “Anadolu” agentliyinə bildirib ki, vilayətdə ictimai sabitlik bərpa olunduğu üçün komendant saatını davam etdirməyə ehtiyac bilinməyib.

Nazir qeyd edib ki, kütləvi iğtişaşların təşkilində və təxribatlarda iştirak etdiyinə üçün 116 nəfər həbs olunub, 294 nəfərdən yaşadığı evdən çıxmamaq barədə iltizam alınıb.


Müəllif:

Oxşar xəbərlər