29 İyul 2020 22:39
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda Qriqoryanın səfəri çərçivəsində Dağlıq Qarabağdakı terrorçu rejimin başçısı Araik Arutyunyanla görüşdüyü bildirilib.

Görüşdə bölgədə baş verən proseslər barədə də fikir mübadiləsi aparıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər