Livanın paytaxtı Beyrutda avqustun 4-də baş vermiş və 160 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra ölkədə siyasi gərginlik hər gün artmaqdadır.
Teleqraf.com xəbər verir ki, ölkədə keçirilən etiraz aksiyaları və irəli sürülən tələblərdən sonra ətraf mühit naziri Damianos Kattar bu gün istefa verib.
Daha öncə Livanın informasiya naziri, xanım Menal Abdussamed də istefa vermişdi.
"Hesab günü" adlı etirazla zamanı yüzlərlə şəxs yaralanıb və 1 polis əməkdaşı həyatını itirib. Etirazçılar prezidenti Mişel Avn və digər məmurların istefalarını tələb edirlər.
Qeyd edək ki, Beyrut limanında 4 avqustda partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda güclü partlayış baş verib. Hadisə ilə əlaəqdar azı 160 nəfər ölüb, 6 min nəfər yaralanıb.