ABŞ Demokratlar Partiyasında keçirilən səsvermədə Co Baydenin prezidentliyə namizədliyi rəsmi şəkildə təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, Baydenin avqustun 21-də Delaverdəki evində edəcəyi çıxışda namizədliyi qəbul edəcəyi gözlənilir.
Co Baydenin namizədliyini dəstəkləyənlər arasında keçmiş dövlət katibləri – Hillari Klinton və Kolin Pouel də var.
Əlavə edək ki, Co Baydenin sonuncu dəfə seçiləcəyi təqdirdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı devirəcəyi iddiası ilə gündəmə gəlmişdi. Hazırkı Prezident Donald Tramp bu iddiasına görə, onu “ağılsız” adlandırıb.
ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-də keçiriləcək.