Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, dövlət başçıları prezident seçkilərindən sonra Belarusda yaranan vəziyyəti müzakirə ediblər. Lukaşenko ölkədə vəziyyətin normallaşması üçün görülən tədbirlər barədə məlumat verib.
Daha sonra ölkə başçıları koronavirusla mübarizə məsələsini müzakirə ediblər. Putin virus əleyhinə peyvəndi ilk olaraq Belarusa göndərəcəyini həmkarının diqqətinə çatdırıb.