Avropa İttifaqı Türkiyəni Şərqi Aralıq dənizində Yunanıstanla mübahisədə birtərəfli hərəkət etməkdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel açıqlama verib.
O, türk səlahiyyətlilərinə bölgədə tək tərəfli hərəkətlərdən çəkinməyi və məsələni blokla müzakirə etməyi tövsiyə edib.
Qeyd edək ki, Türkiyəyə məxsus “Oruc Rəis” gəmisi Şərq Aralıq dənizindəki seysmik araşdırmalara başlayandan sonra Ankara ilə Afina arasındakı gərginlik gedərək artıb.